Gələn ay ana olacaq Sevda:

Gələn ay ana olacaq Sevda: "Genetik sahədə həkimim həyat yoldaşımdır" - VİDEO  

Hazırda oxunan: Gələn ay ana olacaq Sevda: "Genetik sahədə həkimim həyat yoldaşımdır" - VİDEO  

106987

"Əslində çox çəki almamışam. Yeməyimə diqqət edirəm. Bu məsələlərdə isə həyat yoldaşım mənə çox kömək edir. Genetik olaraq həkimim elə öz həyat yoldaşım, Zakirdir. Hər şeyə də o özü nəzarət edir".  

Bizim.Media xəbər verir ki, bu sözləri gələn ay ana olacaq müğənni Sevda Yahyayeva qonaq olduğu "7 canlı" axşam şousunda deyib.  

Hamiləliyinin son həftələrini yaşayan sənətçi bildirib ki, aktiv həyat tərzi keçirir:

"Hamiləliyimin son aylarını yaşasam da, aktiv həyat tərzi keçirirəm. Yürüyüşümü edirəm, çəkilişlərə, el şənliklərinə gedirəm. Düzdür tez-tez getməsəm də, aktiv qalmağa çalışıram. Düşünürəm ki, belə daha yaxşıdır və bu, xeyirlidir.

Əgər sağlamlığın aktiv olmağa imkan verirsə, bu, çox yaxşıdır. Əgər çox çəki alsaydım, bu, məni narahat etməzdi. Hazırda dünyanın ən gözəl hisslərini yaşayıram. Hər şeyin gözəl olmasını arzulayıram". 
Qeyd edək ki, S.Yahyayeva dekabr ayında dünyaya gələcəyi qızına Ayla adını verəcəyini açıqlayıb. Müğənni ilə Zakir Bayramov ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO