ATV-nin rəhbərindən Nanəyə JEST - Canlı efirdə gül yolladı - VİDEO

ATV-nin rəhbərindən Nanəyə JEST - Canlı efirdə gül yolladı - VİDEO

Hazırda oxunan: ATV-nin rəhbərindən Nanəyə JEST - Canlı efirdə gül yolladı - VİDEO

106898

Xəbər verdiyimiz kimi, dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev “YouTube”da yayımlanan “AStar” verilişinə müsahibəsində aparıcı Nanə Ağamalıyeva haqqında “Nanə özünü elə aparır ki, sanki kanal rəhbəridir. Əgər bu sözlərimə görə, “ATV” məni qara siyahıya atsa, vecimə də deyil” - qalmaqallı fikirlər səsləndirib.

Bizim.Media xəbər verir ki, Nanə aparıcısı olduğu “Günün sədası” verilişində tamaşaçılarla salamlaşdıqdan sonra qarşı tərəfin ittihamlarına ad çəkmədən canlı yayımdan münasibət bildirib.

“Verilişə gəlmədən öncə duyğulandım. ATV-nin rəhbərliyinə, Azər Xəlilova təşəkkürümü bildirirəm. O, mən gələn gündən deyib ki, istedadlı uşaqları efirə cəlb etmək lazımdır. Bəzən insan susub ürəyindəki ehtiramını əməli ilə göstərə bilər. Mənim və gördüyüm işlərin üzərində əməyiniz danılmazdır”.

Verilişin gedişatında məlum olub ki, “Azad Azərbaycan” televiziyasının rəhbəri Azər Xəlilov canlı efirdə Nanə Ağamalıyevaya qızıl gül çələngi yollayıb. “Dedilər ki, rəhbərlik sənə çiçək göndərib. Mənim üçün bu məqam çox özəldir. Bu diqqətinizi heç vaxt unutmayacağam”, - N.Ağamalıyeva deyib.
Daha sonra Nanə Ağamalıyeva verilişində həmin anları sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb:

"Bu gün efirdən öncə 18 ildir çalışdığım ATV telekanalının rəhbərliyi tərəfindən gələn çiçəklərə görə təşəkkür edirəm. İşimə və mənə gösstərdiyiniz bu diqqətə və hörmətə görə sizə çox minnətdaram".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO