“Geyim atamın zəif yeri idi. Hər ay özünə nəsə alırdı. Bakıda olan məşhur geyim mağazaları onu tanıyırdı. Yeni kolleksiya gələn kimi, ona zəng edirdilər ki, gəlin. Atam dünyasını dəyişəndə bir mağazanın sahibi gəlmişdi ki, atanız gödəkcə sifariş edib, pulunu ödəyib. Qaytarıb pulu bizə verdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov qonaq olduğu “O üz” verilişində deyib.
Atasını ilə bağlı xatirələrini bölüşən Tural bildirib ki, onun illər əvvəl dilə gətirdiyi bir sıra fikirləri yalnış anlaşılıb. Xalq artistinin oğlu atasının hər zaman sənət adamlarına yardım əlini uzatdığını söyləyib:
“Eldəniz Zeynalov xəstə olanda ona təkcə atam baş çəkirdi, bazarlıq edib aparırdı. Heç vaxt da bunu deməzdi. Demirdi, Eldəniz Zeynalovun vəziyyəti ağırdır. İndikilər ancaq deyirlər ki, aktyorlar acından ölür. Atam bunları gündəmə gətirməyi xoşlamırdı. Həmişə istəyirdi bütün aktyorlar yaxşı yaşasın.
O, heç zaman şikayət etməyib. Hər sahədə olan adam istəyər ki, öz sahəsindəki insanlar yaxşı dolansın. Bəzi insanlar elə bilir ki, atamın öz vəziyyəti pis olub, şikayət kimi dilə gətirib. Varlı olmasa da, özünə görə imkanı olub, bacardığı qədər kasıb adamlara da yardım edib. Bunu isə çox insanlar təsdiq edə bilər”.
Qeyd edək ki, Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 57 yaşında ürək çatışmazlığından vəfat edib. Sənətkarın bir qızı, bir oğlu var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:27 / 28.11.2022
Telman Adıgözəlovun oğlu atasının SİRLƏRİNİ AÇDI - VİDEO
Hazırda oxunan: Telman Adıgözəlovun oğlu atasının SİRLƏRİNİ AÇDI - VİDEO
Hazırda oxunan: Telman Adıgözəlovun oğlu atasının SİRLƏRİNİ AÇDI - VİDEO
106764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.