Sənubər İsgəndərli: “Qızıma qadağalar qoyduğum üçün peşmanam” - VİDEO

Sənubər İsgəndərli: “Qızıma qadağalar qoyduğum üçün peşmanam” - VİDEO

Hazırda oxunan: Sənubər İsgəndərli: “Qızıma qadağalar qoyduğum üçün peşmanam” - VİDEO

106699

“7-ci sinifdə oxuyanda anamı itirmişəm. Anam mənim nə sənətkar, nə də ana olduğumu gördü. Həmişə bir sözü var idi ki, bircə bunu böyütsəydim... Mənə elə gəlir ki, o, sağ olsaydı, bəlkə bu sənətdə də olmazdım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “Düzünə qalsa” verilişində deyib.  

Aktrisa müsahibəsində anasının ona qoyduğu qadağalardan söz açıb: 

“Anamın qadağaları mənim qızıma qoyduğum qadağalardan da çox idi. Daha dərin idi...Təki övladlar valideynlərin çiynində getməsin. Bu yaşıma gəlib çatmışam, anaya həmişə ehtiyac olur. Anadı insanı qoruyan. Qızıma da deyirəm ki, nə sözün oldu, gəl anaya de”.

S.İsgəndərli bildirib ki, anası kimi o da qızına qadağalar qoyduğu üçün peşmandır: 

“Hərdən qızıma deyirəm, niyə məni qorumadın? Deyir, özün necəsən, məni də elə böyütmüsən. Qızıma çox qadağalar qoymuşam, bugünə kimi də peşmanam. Bu uşaq mağaza yeri də bilmədi. Məktəb və universitetə getdi, gəldi. Heç nədən xəbəri olmadı. Bəlkə də gözümün ağ-qarası idi ona görə. Anam da məni elə böyüdürdü. İstədim ki, ağrı, acı nədir bilməsin, amma nahaq yerə etmişəm. Uşağı gözüaçıq böyütmək lazımdır”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO