Müğənni Gülay Zeynallı və idmançı həyat yoldaşı Kamil Zeynallı qızı Sahiləyə dəmdəskahlı doğum günü məclisi keçirib.
Bizim.Media xəbər verir ki, 11 yaşı tamam olan məşhur cütlüyün övladının xoş gününə məşhurlar axın edib.
Xalq artistləri Tünzalə Ağayeva, Röya Ayxan, Əməkdar artistlər Xəyyam Nisanov, Abbas Bağırov və rəqqasə Fatimə Fətəliyeva ad günü məclisini ifaları ilə daha da coşdurublar.
Gecədən görüntüləri Gülay Zeynallı sosial şəbəkələrdə hesabında izləyiciləri ilə paylaşaraq qızını təbrik yağışına qərq edib.
Rəşad Əliyev, Bizim.Media