“Bu camiyədə düşmənçilik etdiyim sənət dostum yoxdur. Heç siravi insanlardan da düşmənçilik apardığım insan yoxdur. Nə də mən kimləsə düşmənçilik etmərəm. Bu aləmdə bir-iki nəfərlə küsülü ola, danışmaya bilərəm. Qəlbimdə o insanlara qarşı kinim olmaz. Əsəbimi o insanın üzərinə tökə bilərəm. Bir iki saat keçir qəlbimdə o kin itir. Hövsələsiz bir insanam".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.
Sənətçi canlı efirdə ilk dəfə düşmənin kimliyini üzə çıxarıb. Ş.Tovuzlu bildirib ki, həmin qadını ömrünün sonuna qədər bağışlamayacaq.
"Azərbaycandan kənarda yaşayan bir düşmənim var. O da qadındır. Bunu hər zaman deyirəm və deyəcəm.
Özüm bilmədən, mənə düşmənçilik edən, mənimlə düşməncəsinə davranan, əlimlə yedirtdiyim çörəyimi yeyən, dəstək olduğum, ovcumda qaldırıb, hamıya göstərdiyim bu da var, yəni arxamda gizlətmədiyim, üzümə qarşı paxıllıq, bir qadının qadına olan bu qədər xainlik edən bir qadın var. Ömrümün sonuna, son nəfəsimə qədər o qadına nifrətim, kibirim, qəlbimin barışığı heç zaman olmayacaq. Həmin qadın sənət adamı deyil.
O qadın azərbaycanlıdır. Xain, içi murdarlıqla dolu olan bir qadındır. Hətta pisliyim dəymədən, düşmənçilik edən bir qadındır. Onu Allaha tapşırmışam. Amma, Azərbaycanda yaşayan sənət dostlarım düşmənlərim deyillər. Biz sadəcə öz aramızda rəqabət aparırıq", - deyə Şəbnəm vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:45 / 26.11.2022
Şəbnəm düşməninin kimliyini ÜZƏ ÇIXARDI: "İçi murdarlıqla dolu qadındır" - VİDEO
Hazırda oxunan: Şəbnəm düşməninin kimliyini ÜZƏ ÇIXARDI: "İçi murdarlıqla dolu qadındır" - VİDEO
Hazırda oxunan: Şəbnəm düşməninin kimliyini ÜZƏ ÇIXARDI: "İçi murdarlıqla dolu qadındır" - VİDEO
106509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.