Şəbnəmdən qızına cehizlik hədiyyəsi göndərən Vəfaya: “Mən sənə düşmən deyiləm” – VİDEO

Şəbnəmdən qızına cehizlik hədiyyəsi göndərən Vəfaya: “Mən sənə düşmən deyiləm” – VİDEO

Hazırda oxunan: Şəbnəmdən qızına cehizlik hədiyyəsi göndərən Vəfaya: “Mən sənə düşmən deyiləm” – VİDEO

106447

Müğənni Vəfa Şərifova illərlə qalmaqal yaşadığı həmkarı Şəbnəm Tovuzluya jest edib. 

Bizim.Media xəbər verir ki, Vəfa “Zaurla Günaydın” səhər şousuna Şəbnəmin qızı Günelə dəbdəbəli cehizlik qab-qacaq dəsti yollayıb. 

Verilişin aparıcısı Günay Baxşəliyeva Vəfanın yaşadığı bağ evinə yollanıb. Vəfa göndərdiyi cehiz hədiyyəsi ilə bağlı bunları söyləyib: 

“Bu cehizi Şəbnəmin qızı Günelə göndərmişəm. Bilirəm ki, onun toyu olacaq. Göndərdiyim cehizliklə istəyirəm aramızda yaşanan söz-söhbətlər bitsin. İstəmirəm ki, aramızda düşmənçilik olsun. Əslində, aramızda düşmənçilik yox idi. Amma tamaşaçılar elə zənn edirlər. Elə bu cehizlik hədiyyəsi ilə də aramızdakı söz-söhbətlərin bitməsini istəyirəm. Hər kəsin balasına xoşbəxtlik arzu edirəm. Bu, toy hədiyyəsidir”. 

Günayın “Şəbnəm sizi toya dəvət etsə, gedəcəksiniz?” sualına isə Vəfa “Qismət... Əsas odur ki, toy hədiyyəmi göndərdim. Xoşbəxt olsunlar!” cavabını verib. 

Verilişdə qonaq olan Şəbnəm Tovuzlu isə Vəfa Şərifovanın övladına yolladığı toy hədiyyəsini belə şərh edib: 

“Hədiyyənə görə çox sağ ol Vəfa. Bizim heç vaxt düşmənçiliyimiz olmayıb. Söz-söhbətimizin isə heç kökü yoxdur. Ona hər zaman irad bildirmişəm ki, sözün olanda özümə de. Əlbəttə ki, Vəfanı toya dəvət edəcəyəm. Gəlsə də, gəlməsə də sağ olsun. Onun da qız övladı var. Onun da gələcəkdə xeyir işi olacaq. Və ya oğluna kiçik toy edəcək. Ona qarşı heç zaman kinim olmayıb. Əsəbi olaram, coşaram, sonra isə unudaram olanları. Mən sənə düşmən deyiləm. Düşmən də ola bilmərəm. Nə dostluq, nə də düşmənçilik, “salam-sağ ol” da öz yerində...” 

Qeyd edək ki, Vəfa Şərifova illər əvvəl Şəbnəm Tovuzlu ilə böyük qalmaqal yaşayıb. İki xanım sənətçi arasındakı qalmaqala səbəb adı mətbuatda hallanan Famil Xəlilov adlı iş adamıdır.

Belə ki, Famil illər öncə Ş.Tovuzlu ilə vətəndaş nikahında yaşayıb və sonradan münasibətlər gərginləşdiyindən onlar ayrılıblar. 

Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifova ilə münasibətə başlayıb və onunla ailə həyatı qurub. Bir neçə ay əvvəl isə cütlüyün bu nikahından oğlu dünyaya gəlib.

Vəfanın Məryəm adında bir qızı da var. 

Rəşad Əliyev, Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO