“Müalicələrimi davam etdirirəm. Dekabrın 7-si “ağıllı dərman”ın növbəti dozası vurulacaq”.
Bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Aktrisa bildirib ki, sosial şəbəkələrdə açdığı canlı yayımlardan izləyicilər sayəsində ümumi olaraq 13 min manat pul toplayıb:
“Sosial şəbəkələrdə canlı yayımlar açıram. Həm “Instagram”da, həm də “TikTok”da izləyicilər canlı yayımıma qoşularaq mənə azdan-çoxdan yardım əllərini uzadırlar. Onlara sonsuz təşəkkürümü bildirirəm.
İzləyicilərin sayəsində 13 min manat pul toplamışam. O pullara da “ağıllı dərman”ımın növbəti dozasını alacağam. Ümumi olaraq mənə 12 doza “ağıllı dərman” preparatı vurulmalıdır. Bildyiniz kimi, həmin preparatlar Türkiyədən sifarişlə gəlir. “Ağıllı dərman”ın bir dozası 3200 manatdır”.
“Müğənnilər Şəbnəm Tovuzlu və Rəqsanə İsmayılova sizə dərmanlarınızı almaqda köməklik edəcəklərini söyləmişdilər. Sizə yardım etdilər?” sualına Tünzalənin cavabı belə olub:
“Preparatın ən birinci dozasını Zaur Baxşəliyev öz cibindən alıb verdi. Heç kimdən yardım istəməmişəm. Dərmanlar olduqca bahalıdır. İstəmirəm ki, kimsə mənə görə ziyana düşsün”.
Əməkdar artist satışa çıxardığı mənzilindən də söz açıb. Aktrisanın sözlərinə görə, alıcılar onun evinə az pul təklif etdikləri üçün satış baş tutmayıb:
“Xırdalandakı iki otaqlı mənzilim hələ də satışdadır, 60 min manat pul verirlər. Bu isə çox azdır. O evi satıb 35 min manat dərmanlarıma versəm, qalan 25 minə isə mənzil ala bilməyəcəyəm. Gərək evin bütün əşyalarını küçəyə atam”.
Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.
Beynində bədxasisəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüa terapiya almasını, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:50 / 24.11.2022
Toppuş bacı: “Evimi satıb, 35 min dərmanlarıma versəm, qalan pula mənzil ala bilməyəcəm” – ÖZƏL
Hazırda oxunan: Toppuş bacı: “Evimi satıb, 35 min dərmanlarıma versəm, qalan pula mənzil ala bilməyəcəm” – ÖZƏL
Hazırda oxunan: Toppuş bacı: “Evimi satıb, 35 min dərmanlarıma versəm, qalan pula mənzil ala bilməyəcəm” – ÖZƏL
106046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.