Gülüstan üsyan etdi: “Sənətimizi sata, göstərə bilmirik” - VİDEO 

Gülüstan üsyan etdi: “Sənətimizi sata, göstərə bilmirik” - VİDEO 

Hazırda oxunan: Gülüstan üsyan etdi: “Sənətimizi sata, göstərə bilmirik” - VİDEO 

106002

“Yayımdan asılıyıq. Harada və necə yayımlayaq. Ən önəmlisi də bunun maddi tərəfidir. Tamaşaçı bunu görsün. Bu gün sosial şəbəkədə o qədər oxuyanlar var ki... bir azərbaycanlı müğənni qarşıma çıxdı. Mahnısının 500 milyon izlənmə sayı var. Bu sənət demək deyil.

Biz sənət adamları sənətimizi sata, göstərə bilmirik. Ancaq düşünürük ki, səviyyəli el şənliyi olacaq, orada çıxış edəcəyik və qonorarımızı alacağıq. Bu pulla bəstəkardan aldığımız mahnının pulunu verəcəyik, klip çəkəcəyik və efirə çıxaracağıq. Bütün bunlar olmasa, biz heç nə edə bilmərik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Səhərin səsi” verilişində deyib.

Sənətçi bir sıra həmkarlarının gündəmdə qalması üçün etdiyi işləri “başlarına qaxınc” edib:

“Bu günü üçün yaşayan müğənnilər var, nə desən edirlər. Geyimi və ya davranışıyla olsun... Onlar toya daha baha qonorara gedirlər. Onun da qarşılığında lazımsız, məntiqsiz mahnılar, kliplər çıxarırlar. Dinləyici də 10 dəfə qulaq asandan sonra başlayır başını yelləməyə, 20 dəfə qulaq asandan sonra başlayır ayağını oynatmağa. Belə-belə tamaşaçının zövqü korlanır”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO