Sərxan mərhum Yaşar Nuridən YAZDI: “Kötüklər getdi, qalmışıq çör-çöp əlində”- FOTO/VİDEO

Sərxan mərhum Yaşar Nuridən YAZDI: “Kötüklər getdi, qalmışıq çör-çöp əlində”- FOTO/VİDEO

Hazırda oxunan: Sərxan mərhum Yaşar Nuridən YAZDI: “Kötüklər getdi, qalmışıq çör-çöp əlində”- FOTO/VİDEO

105616

“İndikilər bilməz! Yaşar (Xalq artisti Yaşar Nuri – red.) atam, 10 ildi yoxsan.  Vaxtsız getməyiniz bir çox sənət adamlarını böyüksüz qoydu. Kötüklər getdi, qalmışıq çör-çöp əlində. Şantaj və bədən satanlarla qalmışıq baş-başa. Sənətdən başqa hər şey var indi”.

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu bu gün 61 yaşı tamam olan mərhum Xalq artisti Yaşar Nuri ilə bağlı paylaşdığı postda yazıb.

Sərxan bildirib ki, uzun zamandır Xalq artistinin məzarını ziyarət etmir.

“10 ildə çox şeylər dəyişdi, yəqin xəbərin var. O yaşadığın binanın qarşısında səni görmək üçün dayananlar, indi heç o binanı xatırlamır. Evinə gəlib səninlə həmsöhbət olmaq istəyənlərin o evdə ac və ya tox olanlardan xəbərləri yoxdu.
Rəhimə xanım deyəndə 10 dənə də ağzının qırağından Rəhimələr tökülənlərdən soruşsan, heç Rəhimə kimin adıdır deyə səndən sorarlar. Çox şey dəyişdi “ata” sən mənim mənəvi atam idin, həm də dostum idin. Soruşsan ki, bəs sən niyə heç məni ziyarət etmirsən? Cavabım budur Yaşar ata,  sən mənim üçün zatən ölməmisən ki, sənin məzarını ziyarət edəm.

Gəldiyim o evə gedə bilmərəm ki, mən birdən gedərəm məni qarşılamazsan, bax o vaxtı sarsılar və sənin yoxluğunu hiss edərəm. Bu günə qədər ən sevdiyim sənət dostlarımın məzarını ziyarətə getmədim. Bilirəm, bəlkə düz deyil, amma hər adamın öz həqiqətləri var”? - deyə Sərxan vurğulayıb.

Qeyd edək ki, Yaşar Nuri 2008-ci ilin mayında İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu.

Aktyor 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində İstanbulun Memorial xəstəxanasında müalicə almışdı. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilmişdi. O, Bakıda Mərkəzi Gömrük Hospitalında müalicə almışdı.
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO