Rühəngiz Musəvinin pərt etdiyi Əkbər:

Rühəngiz Musəvinin pərt etdiyi Əkbər: "Ondan heyifimi belə çıxdım" - VİDEO 

Hazırda oxunan: Rühəngiz Musəvinin pərt etdiyi Əkbər: "Ondan heyifimi belə çıxdım" - VİDEO 

105576

Əməkdar artist Əkbər Əlizadə onu pərt edən müğənni, Əməkdar artist Rühəngiz Musəvidən söz açıb.  

Bizim.Media xəbər verir ki, aparıcı-aktyor qonaq olduğu "7 canlı" axşam şousunda illər əvvəl müğənninin qarşı tərəfi başqa adla səhnəyə çağırmasının heyifini aldığını söyləyib.

"Ən acığıma gələn məsələ Əkbər yerinə Ələkbər deyəsən. Ələkbər gözəl addır. Görmüşük ki, adı qısaldarlar. Mənim adımı isə nədənsə, uzadıb, çox zaman Ələkbər deyirlər.

Bir dəfə Rühəngiz Musəvi çıxdı səhnəyə adımın Əkbər olduğunu bilə-bilə mənə "Çox sağol, təşəkkür edirəm. Gözəl aparıcımız Ələkbər", dedi. İlan ilindənəm, kinliliyim var. Yadımda saxladım. Rühəngiz Musəvi ifasını təqdim edib, səhnədən enəndən sonra söylədim ki, "Təşəkkür edirəm. Qarşınızda Firəngiz Musəvi idi"”, - deyə Əkbər bildirib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO