“Mina xanım anamın adıdır. Onun əziyyətini çəkmişəm və şikayətlənmirəm. Məndən böyük qardaşım da var. Rahat öz həyatını yaşayırdı. Heç düşünmürdü ki, ana nə yeyir, nə içir. Aranı qarışdırıb, ana ilə balanı düşmən etdilər. Anam dünyasını dəyişdi, amma siz xəbər etmədiniz”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva “ATV səhər” verilişinə müsahibəsində deyib.
Sənətçinin sözlərinə görə, mərhum anasının evi ona bağışlanılsa da, qardaşı bu mülkü ona vermək istəmir:
“Qardaş, sən bir ananın evi üstündə mənimlə mülk davası aparırsan. Mən yox, onlar məni məhkəməyə veriblər. Əks tərəfdə artıq tamahlılar var. Onlar yalnız “ver yeyim” deyirlər və yeyirlər. Bilmirəm, nə zaman gözləri doyacaq. Gedib barmaqlarınızı divarlara toxundurun, sonra da sürtün gözünüzə. Bəlkə onda doyarsınız. İki-üç ildir ki, mən cəhənnəm yaşayıram. Məni məcbur edirlər ki, açıb hər şeyi danışım.
Belə olmaz axı. Bu günki gün isə məhkəməyə elə iddialarla müraciət etmək – ləyaqətsiz vərəsə... Olmaz axı belə. Qardaşım deyir ki, oğlum var, onu evləndirmək istəyirəm. Cavab olaraq söyləyirəm ki, mənim də bir qızım var. Anamın evi əslində mənə bağışlanılıb. Sadəcə bu məsələnin tam açıqlanmasını istəmirəm. Amma zaman gələcək hər şeyin üstünü açacam”.
Qeyd edək ki, Sonaxanım Əliyeva açıqlamalarında anası Mina xanımın ondan imtina etdiyini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:40 / 21.11.2022
Aktrisa Sonaxanım: “Qardaş, sən ana evi üstündə mənimlə mülk davası aparırsan” - VİDEO
Hazırda oxunan: Aktrisa Sonaxanım: “Qardaş, sən ana evi üstündə mənimlə mülk davası aparırsan” - VİDEO
Hazırda oxunan: Aktrisa Sonaxanım: “Qardaş, sən ana evi üstündə mənimlə mülk davası aparırsan” - VİDEO
105534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.