Gənclərin yeni ESTETİK TRENDİ: “Kukla burunlar, çənələr...” - FOTO/VİDEO

Gənclərin yeni ESTETİK TRENDİ: “Kukla burunlar, çənələr...” - FOTO/VİDEO

Hazırda oxunan: Gənclərin yeni ESTETİK TRENDİ: “Kukla burunlar, çənələr...” - FOTO/VİDEO

105522

Sosial şəbəkələrdə gənclər yeni trendə qoşulublar. Bu dəfə onlar nə mahnı oxuyurlar, nə rəqs edirlər, nə də ki, hansısa məşhuru yamsılayırlar. 

Bizim.Media xəbər verir ki, gənclər xarici görünüşlərini “kukla”ya bənzədərək yeni trendə qoşulurlar.  

Belə ki, yollarını kosmetoloqdan salan qızlar “inyeksiya” vasitəsi ilə bıçaq altına uzanaraq “kukla burun”a sahib olurlar. Bu prosedur isə daha çox rus, türk qadınları və MDB-dən olan qızlar arasında məşhurdur.  
Gözəllik uğrunda savaş aparan tək qadınlar deyil, eləcə də yaraşıqlı görkəmə sahiblənmək üçün bəylər də mücadilə aparırlar. 

Kişilər isə əsasən üzlərində “Coli bucaqları” (aktrisa Ancelila Colinin üzündəki sərt oval çənə - red.) və ya “Morgenstern bucaqları” (Rusiya Federasiyasında xarici agent sayılan müğənni – red.) dəyişikliklər edirlər, beləcə görünüşlərini təkmilləşdirirlər. 

Rəşad Əliyev, Bizim.Media

 






Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO