Oğluna toy edən Xatun: “İstəyirəm ki, gəlinim məni əzizləyib, alqışlasın” – VİDEO

Oğluna toy edən Xatun: “İstəyirəm ki, gəlinim məni əzizləyib, alqışlasın” – VİDEO

Hazırda oxunan: Oğluna toy edən Xatun: “İstəyirəm ki, gəlinim məni əzizləyib, alqışlasın” – VİDEO

105459

“Toylarda, xınayaxdılarda olanda qaynana ilə gəlinə deyirəm ki, aranızda olan söhbətləri bəyə deməyin. Oğul da nə anasının, nə də ki, həyat yoldaşının sözünü bir-birinə deməməlidir. Onların arasına girməməlidir. Oğlum da bu mövqedə olacaq. Gəlinimlə mən “oxatan” bürcündənik. Bir-birimizi başa düşəcəyik. Gəlinim adı isə Aylindir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Sözbaz” maqazin verilişinə müsahibəsində deyib. 

Bir neçə gündən sonra oğlu Adilə toy edəcək sənətçi bildirib ki, gəlini Aylin onun pərəştişkarı olmalıdır: 

“Necə ki, sevilirəm, əzizlənirəm... İnsan da öz doğmalarından eyni hissləri duymaq, görmək istəyir. İstəyirəm ki, gəlinim məni əzizləsin. Desin ki, necə gözəl qaynanam var. Gəlinim, tamaşaçım, pərəştişkarım olmalıdır və məni alqışlamalıdır. Mənə canı yanmalıdır. Canı yandığı, alqışladığı qədər həmişə onun yanındayam”. 

Müxbirin “Oğlunuzun toyu mediaya qapalı yoxsa açıq olacaq?” sualına isə Xatun “Açıq olacaq” deyərək fikirlərini bu cür davam edib: 

“Bu toy hamının marağındadır. Çünki heç zaman Adili efirdə göstərməmişəm. Oğlum deyir ki, toyumu gəlib çəkməsinlər. Cavab verirəm ki, buna gücüm yoxdur. Əgər sosial şəbəkələr olmasaydı, qonaqlara deyə bilərdim ki, çəkməyin. Amma o boyda ordunun qarşısında dayana bilmərəm. Kiminsə telefonunu əlindən ala bilərəm? Telefonumu kimsə əlimdən alsa, aləmi dağıdaram (gülür)”. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO