Manaf ƏSƏBİLƏŞDİ: “Müğənnilərdən çox söyülən yoxdur” - VİDEO

Manaf ƏSƏBİLƏŞDİ: “Müğənnilərdən çox söyülən yoxdur” - VİDEO

Hazırda oxunan: Manaf ƏSƏBİLƏŞDİ: “Müğənnilərdən çox söyülən yoxdur” - VİDEO

105435

“İndi özünlə toya müğənni aparırsan, deyir ki, bu düşüyü kim gətirib bura? Yeri get, işinlə məşğul ol. Efirə çıxıb, bir-birinin arxasınca danışıb, söz atırlar. Bu gün müğənnilərdən çox söyülən yoxdur. Niyə?”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Son günlər M.Ağayevin sosial şəbəkə hesabında paylaşdığı fotolardan həddindən artıq arıqlaması cəmiyyətdə müzakirələrə səbəb oldu. İzləyicilər müğənninin ağır xəstəliyə düçar olduğu üçün bu cür arıqladığını yazdılar.

Müxbirin “Dedilər ki, Manaf Ağayevin ciyərində “sirroz”u var, “şəkər” xəstəsidir, ölüm ayağındadır” sözlərinə Manafın cavabı belə olub: 

“İnsan “şəkər” də olar, ciyərində problem də yarana bilər. Problem olanda insan ölür? Əgər xəstəyəmsə, mənim yaşımda bir dənə oğlan göstər ki, belə yaxşı qalıb. Kökəlmişdim. Hamı deyirdi ki, arıqlamaq lazımdır.
Pəhriz saxlayıb, arıqlamağa başladım. Arıqlamaq üçün həmçinin sanatoriyaya da getdim. Xəstə olsam, şəkil paylaşaram? Bir şey bilirəm ki, bu paxıllıq və gözü götürməməkdir. Başqa nə ola bilər ki? İnsan xəstə olanda nə olar ki?” 

Rəşad Əliyev,  Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO