Aktrisa Turanəni MAŞIN VURDU - VİDEO

Aktrisa Turanəni MAŞIN VURDU - VİDEO

Hazırda oxunan: Aktrisa Turanəni MAŞIN VURDU - VİDEO

105351

Aparıcı və aktrisa Turanə Hüseynlini avtomobil vurub.

Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

Turanə bildirib ki, İçərişəhərdə gəzdiyi zaman sürücü idarə etdiyi avromobili onun üzərinə sürüb və ayağını əzib.

"İçərişəhərdə avtomobil sürmə üsülları necə tənzimlənir bilmirəm, bir neçə dəqiqə əvvəl məni maşın vurdu. Təsəvvür edin, dar yoldur. Avtomobilin gəldiyini gördüm. Özümü divara sıxlaşdırdım ki, avtomobil keçə bilsin. Amma avtomobil üzərimə gəlməyə davam etdi və məni vurdu. Vurduqdan sonra mən əlimlə avtomobilin "kapot" hissəsinə bərk zərbə endirdim. Sürücü bundan şok keçirib, ayılan kimi oldu.

“Bağışlayın” söylədi. Belə bir şey etmək olar? Şokda qaldım. Əlim ağrıdı. Avtomobil dizimə vurdu. Birinci dəfə idi ki, belə bir hadisə ilə üzləşirəm", - deyə Turanə vurğulayıb.
Qeyd edək ki, Turanə Hüseynli bu il "Altın Kelebek" mükafatlandırma mərasimində namizədlər sırasındadır.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO