Cavanşir Məmmədov: “Kişilik estetik əməliyyatla ölçülmür“ - VİDEO 

Cavanşir Məmmədov: “Kişilik estetik əməliyyatla ölçülmür“ - VİDEO 

Hazırda oxunan: Cavanşir Məmmədov: “Kişilik estetik əməliyyatla ölçülmür“ - VİDEO 

104896

“Saç əkdirmişəm. Üç ay bundan əvvəl gözlərimin altında torbacıqlar vardı. Onları əməliyyat vasitəsi ilə götürmüşəm. Özüm-özümdən ləzzət alan insanam. Güzgüyə baxanda  saçımın biri düzgün oturmayanda onu su ilə isladıb düzəldirəm. Mən bu cür adamam. Kim bəyənir bəyənsin, kim bəyənmirsə, bəyənməsin!”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “7 canlı” axşam şousunda deyib.

Estetik əməliyyatların lehinə olduğunu bildirən sənətkar, kişiliyin estetik əməliyyatla ölçülmədiyini qeyd edib.

“Gözlərin altında olan tuluqlar hamısı elə belədən əmələ gəlmir. Yuxusuz gecələr, əzab-əziyyət... Hamısının səbəbi, tarixi var... Ailə saxlamaq, övlad böyütmək, tərbiyələndirmək, oxutmaq, onların ailələrini qurması var. Bəzən görürsən ki, izləyicilər sosial şəbəkədə şərh yazırlar ki, “Get plastik əməliyyat etdir”. Sən dünyadan bixəbər olan adamsan. Bu qədər estetik klinikalar var. Bəs ora kimlər getməlidir? Elə ifaçı olub ki, gəlmişəm qulağına söz deməyə, dərhal aralaşmışam ki, bu nə gündədir. Buna “dezodorant” vurmaq lazımdır. İnsan özünə baxmalıdır. Estetik əməliyyatlar kişiliklə ölçülmür”, - deyə C.Məmmədov bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO