4 yaşından küçələrə atılan Doğuş: “Anamdan və atamdan imtina etmədim” - VİDEO

4 yaşından küçələrə atılan Doğuş: “Anamdan və atamdan imtina etmədim” - VİDEO

Hazırda oxunan: 4 yaşından küçələrə atılan Doğuş: “Anamdan və atamdan imtina etmədim” - VİDEO

104889

“Doğuş” ləqəbi ilə Türkiyə şou-biznesində tanınan müğənni Orhan Baltacı atası ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi teleaparıcı həyat yoldaşı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial verilişə gələrək illər əvvəl atasını tapmaq üçün axtarışa çıxdığını dilə gətirib. 

“Nə anamdan, nə də ki atamdan imtina etdim. Atamı illər sonra “Show TV”nin köməyi ilə tapa bildim. Ona sahib çıxdım. Hər nə olursa olsun, ata atadır, ana anadır. Bu, mənim fikirlərimdir”, - deyə Doğuş bildirib. 

Xoşqədəmin “İlk olaraq ananı yoxsa atanı tapdın?” sualına müğənni belə cavab verib: 

“İlk olaraq anamı tapdım. O mənə atamla görüşüb görüşməyəcəyimlə bağlı şərt qoymadı. Əgər qoysaydı da bu heç nəyi dəyişdirməyəcəkdi. Ağlım və fikrim var. Niyə atamla görüşməyim ki?”. 
X.Hidayətqızı həyat yoldaşının bu fikirlərinə “Doğuş dörd yaşından küçələrə atllıb. Dörd yaşına qədər saxlayıb, amma saxlamasaydılar daha yaxşı idi” sözlərini dilə gətirib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO