“Jony”yə görə Rusiyanın bu şəhərində yollar BAĞLANACAQ

“Jony”yə görə Rusiyanın bu şəhərində yollar BAĞLANACAQ

Hazırda oxunan: “Jony”yə görə Rusiyanın bu şəhərində yollar BAĞLANACAQ

104847

Rusiyada və MDB ölkələrində “Jony” ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli noyabrın 19-da Rusiyanın Nijni Novqorod şəhərində konsert verəcək.

Bizim.Media xəbər verir ki, sevilən pop ulduz 5600 nəfərlik idman sarayında canlı solo konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacaq.

Diqqət çəkən məqam isə, həmin gün konsertlə əlaqədar idman sarayının yaxınlığında nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasıdır. 

Bununla bağlı Nijni Novqorod şəhər administrasiyasının rəsmi saytı məlumat dərc edib.

Müəyyən ərazidə və yollarda nəqliyyatın hərəkəti qadağan ediləcək.

“Jony”nin konsertində iştirak etmək isə tamaşaçıya 2600 rubla (təxminən 72 manat) başa gələcək.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO