Dünyaca məşhur stilist Anar Ağakişiyev Azərbaycana 2011- ci ildə “Avroviziya” sevinci yaşadan müğənni Nigar Camalı tənqid edib.
Bizim.Media xəbər verir ki, stilist qonaq olduğu “7 özəl” verilişində sənətçinin “10 il sonra” adlı klipində yaratdığı Merlin Monro obrazını “burnundan gətirib”.
Ağakişiyev Camalın bu obrazını ucuz adlandıraraq, qüsurlarını üzə vurub.
“Həmin xanımın (Nigar Camal – red.) çox gözəl bədən quruluşu var. Çox ələ yatımlı üz cizgiləri var. Saç Merlin Monronun saçı deyil. Onun klipdə başına qoyduğu parik çox kobud idi. Qısa kəsilmiş parik idi. Amma əslində Merlin Monronun saçlarının dalğası daha geniş idi. Müğənninin başına qoyduğu o qısa parik, o zamanlar bir qarmon ustası var idi, onun da saçları belə qısa və dən-dən idi.
Saçları onun üzünü qabardaraq daha da uzatmışdı. Bu parik əsla Nigara yaraşmayıb. Üstəgəl düm ağ saçların fonunda qaşların qara olması süni və gülməli vəziyyət yaradıb. Nigarın ən uğurlu işi rejissor Nihad Odabaşının çəkdiyi klip olmuşdu. Eyni zamanda “Xocalıya” həsr edilən layihə. Amma ondan sonra onun çəkdiyi digər kliplər ucuzdur. Nigarın Merlin Monro obrazı çox ucuz görsənir”, - deyə Anar bildirib.
Qeyd edək ki, illər əvvəl Anar Ağakişiyev Nigar Camal ilə “Altın Kelebek” mükafatlandırma mərasimində dalaşıb. Onların qalmaqalına səbəb isə Anarın sözügedən mərasimdə iştirak edən Xalq artisti Röya Ayxanı da makiyaj etməsi olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:27 / 17.11.2022
Anar Nigarın “Merlin Monro” obrazını burnundan gətirdi: “Ucuzdur” - VİDEO
Hazırda oxunan: Anar Nigarın “Merlin Monro” obrazını burnundan gətirdi: “Ucuzdur” - VİDEO
Hazırda oxunan: Anar Nigarın “Merlin Monro” obrazını burnundan gətirdi: “Ucuzdur” - VİDEO
104836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.