2011-ci ildə Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənnilər Nigar Camal və Eldar Qasımov yeni layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçilər bu dəfə də fərqli repertuara müraciət ediblər.
“Qoy, getsin!” adlanan layihədə illərdir insanların dilində əzbər olan şanson və milli nəğmələr ifa edilib.
Sənətçilər oxuduqları mahnıları ekranlaşdırıblar.
Klip Bakının “Sovetski” adlanan məhəlləsində və Xızı rayonunda lentə alınıb. Eko Ağalarovun ekranlaşdırdığı layihənin rejissorluğu və ssenari müəllifi Nigar Camaldır.
Nigarla Eldar yeni layihələri barədə “Biz istədik ki, illərdir dilimizdə əzbər olan, beynimizin bir yerinə həkk olan bu mahnıları daha müasir formada təqdim edək. Ümid edirik ki, hər kəsin ürəyincə olacaq!”, - deyə, bildiriblər.
Ekran işində aktyorlar Əlixan Rəcəbov və Məcid Hüseynov da rol alıb. Sənətçilərin klipdəki amerikansayağı obrazları da diqqət çəkib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:24 / 16.11.2022
Nigarla Eldar milli mahnıya amerikansayağı klip çəkdilər - VİDEO
Hazırda oxunan: Nigarla Eldar milli mahnıya amerikansayağı klip çəkdilər - VİDEO
Hazırda oxunan: Nigarla Eldar milli mahnıya amerikansayağı klip çəkdilər - VİDEO
104646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.