“Ağıllı dərman”lar əldə edən Toppuş bacının VƏZİYYƏTİ NECƏDİR? - ÖZƏL

“Ağıllı dərman”lar əldə edən Toppuş bacının VƏZİYYƏTİ NECƏDİR? - ÖZƏL

Hazırda oxunan: “Ağıllı dərman”lar əldə edən Toppuş bacının VƏZİYYƏTİ NECƏDİR? - ÖZƏL

104638

“Ağrılarım olur. İndi də qaraciyərimdə ağrılarım var. Amma buna da şükür. Sağalmam üçün çoxlu dualar edirəm”. 

Bu sözləri beynində bədxasisəli şiş aşkarlanan “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Hazırda ümümi vəziyyətinin yaxşı olmadığını söyləyən aktrisa “ağıllı dərman” adlı preparatın vurulmasını gözlədiyini açıqlayıb. 

“İndi qan analizimin cavablarını gözləyirəm. Əgər cavablar müsbət olarsa, “ağıllı dərman” adlı preparatın ilk dozası vurulacaq. Daha sonra isə şüa terapiyaya başlayacağam”. 

Tünzalə həmkarları ilə tez-tez telefonda danışdığını da qeyd edib. 

“Dilarə Əliyeva, Ülviyyə Əliyeva, Rəqsanə İsmayılova və bir sıra sənət yoldaşlarım zəng edərək səhhətimlə maraqlanırlar. Onlara təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, bir neçə gün əvvəl aparıcı Zaur Baxşəliyev Tünzalə Əliyeva üçün “ağıllı dərman” preparatının iki dozasını alıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO