Rusiya Cim Kerrini ölkəyə buraxmayacaq – Amerikalı aktyora qadağa

Rusiya Cim Kerrini ölkəyə buraxmayacaq – Amerikalı aktyora qadağa

Hazırda oxunan: Rusiya Cim Kerrini ölkəyə buraxmayacaq – Amerikalı aktyora qadağa

104331

Dünyaca məşhur Hollivud aktyoru Cim Kerrinin Rusiyaya girişinə qadağa qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın XİN saytı məlumat yayıb. Qeyd edək ki, məşhur aktyor 2004-cü ildə Kanada vətəndaşlığını alıb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, sənətçinin ölkəyə girişinə qadağa Rusiyaya qarşı davam edən sanksiyalara cavab olaraq tətbiq edilib. 

"100 Kanada vətəndaşı üçün Rusiyaya giriş qadağan edilib. Bu addım Rusiya rəhbərliyinə, siyasətçilərə, parlamentarilərə, işgüzar dairələrin nümayəndələrinə, ekspertlərə, jurnalistlərə, mədəniyyət xadimlərinə qarşı Kanadanın sanksiya tətbiq etməsinə cavab olaraq həyata keçirilib", - deyə Rusiya XİN-in saytında qeyd olunub. Qeyd edək ki, “qara siyahı”ya Kerridən başqa yüksək vəzifəli məmurlar, iş adamları, media və maliyyə strukturları daxil edilib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO