Toppuş bacının HƏKİMİ danışdı: “Mədəsində kapilyar partlayıb” - VİDEO

Toppuş bacının HƏKİMİ danışdı: “Mədəsində kapilyar partlayıb” - VİDEO

Hazırda oxunan: Toppuş bacının HƏKİMİ danışdı: “Mədəsində kapilyar partlayıb” - VİDEO

104290

Xəbər verdiyimiz kimi, “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva ötən axşam xəstəxanaya yerləşdirilib.  

Bizim.Media xəbər verir ki, sənətçinin son vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün “Bizimləsən” ictimai-sosial verilişi “Milli Onkologiya Mərkəzi”ndən canlı bağlantı qurub.  

Şüa terapiya şöbəsinin müdiri, həkim Niyazi Novruzov aktrisanın səhhəti ilə bağlı açıqlama yayıb. O bildirib ki, ötən axşam Tünzalə mədə qanaxması ilə xəstəxanaya gəlib. 

“Tünzalə xanım ötən axşam mədə qanaxmasından planlı şəkildə şöbəyə daxil olub. Tədbir görülüb. Bu gün müayinələr aparıldı və nəticədə məlum oldu ki, mədədə kapilyar partlayıb. Orada qanaxma olub. Hazırda qanaxma yoxdur. Onun hemoqlobini aşağıdır. Tünzalə xanım müalicəsini davam etdirir.  
Ona qan köçürülür. İki-üç gündən sonra şüa müalicəsini planlaşdırırıq.  Baş-beynə şüa müalicəsi aparacağıq. Müalicəmiz iki həftə davam edəcək. Ay yarımdan sonra baş-beynin “MRT” müayinəsi aparıldıqdan sonra əminəm ki, orada yerləşən metostazların hamısı təsdiqini tapacaq”, - deyə N.Novruzov bildirib. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO