Ukraynanın 67-ci “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsi ətrafında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, seçim turlarında iştirak edən musiqiçi Lue Basonun videomüraciətində yarışmaya qatılmaqdan imtina etdiyini açıqlayıb.
İfaçı bildirib ki, seçim mərhələsi zamanı xoş olmayan rəftarla qarşılaşıb.
“İştirakçılar sanki onlara təşəkkür etməlidir ki, dinlənilirlər. İştirakçıların sizə yaxşılıq etdiyini nə vaxt başa düşəcəksiniz? Onların mahnılarına pul vermirsiniz. Hətta bəzi iştirakçıların özləri milli seçimdə xərclərini ödəyirlər. Finala keçib-keçməməyimlə bağlı məlumat almaq istədim, amma heç kim bir söz demədi. Ancaq bir neçə iştirakçı nəticədən xəbərdardır”, - deyə Lue vurğulayıb.
Basonun sözlərinə görə, milli seçim turunda münsif olan müğənni Tina Karol onun çıxışına qarşı haqsızlıq edərək, düzgün qiymətləndirməyib. Digər münsif Camala isə müğənninin ifasını dinləməkdənsə, başını telefonla oynamaqla qatıb.
Ukraynanın ictimai yayımı isə Lue Basonun ittihamlarını cavabsız qoyub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:14 / 14.11.2022
Ukraynada “Avroviziya 2023” ətrafında QALMAQAL - VİDEO
Hazırda oxunan: Ukraynada “Avroviziya 2023” ətrafında QALMAQAL - VİDEO
Hazırda oxunan: Ukraynada “Avroviziya 2023” ətrafında QALMAQAL - VİDEO
104278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.