Fəxrəddin Manafov mərhum xanımından DANIŞDI: “Mənə çox şeyi öyrətdi” - VİDEO

Fəxrəddin Manafov mərhum xanımından DANIŞDI: “Mənə çox şeyi öyrətdi” - VİDEO

Hazırda oxunan: Fəxrəddin Manafov mərhum xanımından DANIŞDI: “Mənə çox şeyi öyrətdi” - VİDEO

104211

“Rəsmi 44, ümumilikdə 48 il bir yerdə olduğum, məni qabaqlayıb dünyasını dəyişən o qadın mənə çox şeyi öyrətdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov qonaq olduğu “Ağ qara” verilişində deyib. 

Sənətkar ötən il dünyasını dəyişən həyat yoldaşı Vahidə Sadıqovadan söz açıb. O, xanımı ilə bağlı dilə gətirdiyi etiraflar zamanı qəhərlənib: 

“Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır... Amma əksinə... Vahidə çox ağıllı, zəkalı, oxumuş, intellektual, istedadlı və maraqlı insan idi. Dünyasını dəyişəndə mən bir söz dedim. Özüm də şaşırdım. Dedim ki, mən səninlə sona qədər tanış ola bilmədim. Qadın bir  gücdür. Onu oxumaq, onu qaldırmaq, onu anlamaq mümkün deyil. Heç cürə... Qadın mənim üçün əxlaqımdır, yerişimdir, danışığımdır. Qadın məni tərbiyə edir. Məndən, ilk növbədə, insan olmağı, kişi olmağı tələb edir”. 

Qeyd edək ki, F.Manafovun həyat yoldaşı Vahidə Sadıqova ötən ilin mart ayında 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO