Hakan Mengüç:

Hakan Mengüç: "Muğamı çox sevirəm" - ÖZƏL - VİDEO

Hazırda oxunan: Hakan Mengüç: "Muğamı çox sevirəm" - ÖZƏL - VİDEO

104102

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur yazarı Hakan Mengüç yenidən Bakıya gəlib. Yazar "Kalbin uyanışı" adlı seminarda iştirakdan əvvəl media nümayəndələri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Hakan Bakıda olmaqdan məmnun olduğunu dilə gətirib.

"Bakıya yenidən gəldiyimə görə çox şadam. Buranı çox sevirəm. Şansımız üzümüzə güldü, hava çox gözəldir. Gün çıxıb. Hər şey əladır. Hər dəfə Bakıya gəldiyimdə ilk dəfə gəldiyim kimi həyacanlı oluram", deyə o, qeyd edib.
Mengüç ərsəyə gətirdiyi yeni kitabından da söz açıb:

"Bu gün burada "Her şey vaktini bekler" adlı yeni kitabımın ilk imzası keçiriləcək. Bu səbəbdən də bir az həyacanlıyam. Azərbaycanda pərəştişkarlarım çoxdur. Küçədə gəzərkən onlar mənə yaxınlaşıb, söhbət edirlər, şəkillər çəkdirirlər. Hər şey çox gözəldir".

Hakan, həmçinin bəzi kitablarlarının Azərbaycan dilinə tərcümə olunacağını da diqqətə çatdırıb:

"Bununla bağlı bir sıra görüşlərimiz və işlərimiz oldu. Ən yaxın zamanda kitabımın Azərbaycan dilində də olacağına ümüd edirəm".

Türk yazar həyat fəlsəfəsi və fərqli düşüncələrindən də danışıb:

"Anlatdığım fəlsəfə mədəniyyətimizin fəlsəfəsidir. Mevlananın, Yunis Emrenin, Nəsiminin və Füzilinin fəlsəfəsidir. Biz onları bir az unutmuşduq, indi isə onları canlandırıb, təkrar anladırıq".

Yazıçılıqla savayı musiqi ilə də məşğul olan Mengüç azərbaycanlı müğənnilərlə layihə etmək niyyətində olduğunu bildirib:

"Başa salmaq istədiklərimi danışaraq anladıram. Başa sala bilmədiklərimi isə musiqi ilə anladıram. Bəzən musiqi, bəzən də sözlər, kəlimələr. Daha əvvəlki seminarlarımızın birində Xalq artisti Tünzalə Ağayeva, müğənni Elnur Hüseynovla da bir araya gəldim. Onları pianoda müşayiət etdim. Muğamı çox sevirəm. Dinləyəndə ruhum dincəlir. Ötən gün canlı-canlı muğamı dinlədim".
Müsahibə bitdikdən sonra Hakan Mengüç yüzlərlə pərəştişkarlarının qarşısına çıxıb və seminara "start" verilib. 

Rəşad Əliyev, Bizim.Media
 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO