Hüseyn Həsənov Dubayda izləyicisinə “İphone” hədiyyə etdi - FOTO/VİDEO

Hüseyn Həsənov Dubayda izləyicisinə “İphone” hədiyyə etdi - FOTO/VİDEO

Hazırda oxunan: Hüseyn Həsənov Dubayda izləyicisinə “İphone” hədiyyə etdi - FOTO/VİDEO

104062

Çəkdiyi videoları ilə sosial şəbəkənin ulduzuna çevrilən Rusiyanın məşhur azərbaycanlı video bloqeri Hüseyn Həsənov pərəstişkarlarına növbəti dəfə bahalı hədiyyə qazandırıb.

Bizim.Media xəbər verir ki, bloqer sosial şəbəkə hesabında son model "İphone 14 Pro Max" telefonunu alıb, kiçik oyun keçirib.

Oyunun qaydalarına əsasən, Hüseyn onu izləyən izləyicilərindən birinə tez bir zamanda alış-veriş mərkəzində dekorasiya üçün nəzərdə tutulan plastik kolların içində gizlətdiyi telefonu ilk tapan şəxsə smartfonu hədiyyə verəcək.
Həsənov telefonu aldığı yerin yaxınlığında gizlədib. Bloqerin Dubayda olması isə rusiyalı pərəştişkarlarının şanslarını minimuma enib.

Hüseyn mağazanın vitrininin arxasında gizlənib və hədiyyəni ilk tapan şəxsi gözləyib.

Təyin olunmuş yerə bir gənc qız yaxınlaşıb, telefonu axtarsa da, qiymətli hədiyyə  orada olmayıb. Bloqer bunu təhlükəsizlik və şəffaflıq baxımından etdiyini açıqlayıb.
Lakin Hüseyn az keçməmiş həmin gənc qıza yaxınlaşaraq onun bu oyunda qalib gəldiyini bildirib.

Daha sonra oyunda oynanılan "İphone 14 Pro Max" smartfonunu ona təqdim edib. Qızın sevincdən ağladığı görüntülərini isə Hüseyn Həsənov lentə alaraq, anbaan sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO