Trampın qızı ƏRƏ GETDİ - FOTO

Trampın qızı ƏRƏ GETDİ - FOTO

Hazırda oxunan: Trampın qızı ƏRƏ GETDİ - FOTO

104059

ABŞ-ın keçmiş prezidenti, iş adamı Donald Trampın kiçik qızı, 29 yaşlı Tiffani Tramp 25 yaşlı livanlı milyarder Maykl Boulosla ailə qurub.

Bizim.Media xər verir ki, toy Trampın Floridadakı dəbdəbəli "Mar-a-Laqo" iqamətgahında baş tutub.

Məclisə 250-dən çox qonaq dəvət olunub.

Mərasimdə iştirak edən qonaqlar toydan olan fotoları sosial şəbəkədə paylaşıblar. 

Tiffani özəl günündə yuxarı hissəsi mirvarilərlə işlənmiş, midi uzunluğunda, beli naxışlı çiçəkli aplikasiyalı daşlarla işlənmiş ağ libas seçib. Təzə gəlin saçlarını burub, sadə vizaj və zərif sırğalarla üslubuna şıklıq qatıb.
Bəy isə mavi kostyum, ağ köynək və solğun çəhrayı qalstuk geyinib. 

Xatırladaq ki, Tiffani Tramp və Maykl Boulos 2018-ci ildə Yunanıstanın Mikonos adasında istirahət edərkən tanış olublar.

Onlar ilk dəfə 2018-ci ilin avqustunda Çin brendi "Taoray Wang"ın şousunda iştirak edərək ictimaiyyət qarşısında çıxış ediblər. Maykl keçən ilin yanvarında Tiffaniyə evlilik təklifi edib.

Rəşad Əliyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO