“Toy mütləq olacaq. Bu, danılmazdır. Bunu istəsəm də gizlədə bilmərəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “MTV maqazin” verilişinə müsahibəsində deyib.
Yenidən ailə quracağını açıqlayan sənətçi bu məsələdə “yüz ölçüb, bir biçdiyini” dilə gətirib:
“Çox istəyərəm ki ailəm, qurduğum yuvam, ocaq heç zaman sönməsin. Ona görə bəlli məsələlər var ki, onu yüz ölçüb, bir biçəsən. Bu həyatda tək olsan, cavabdehlik etdiyin bir şəxs olmasa, ürəyinlə hərəkət edə bilərsən. Amma övladım var. Ona görə də bu seçimin üstündə çox ölçülər aparıram”.
A.Babakişiyeva sevəcəyi şəxsin həyatda bəlli yeri və mövqeyinin olmasının vacibliyindən də danışıb:
“Həyatımda olan insan artıq bilir ki, mənim həyatımdadır. Mənim hansı standartlarım olmalıdır? Bahalı ev, avtomobil, özəl təyyarə istəyirəm? Siz nəyi deyirsiniz? Standartlar yoxdur. Mən Ayanam. Sevdiyim insanın görünüşü ilə bağlı söylənilən fikirlər önəmli deyil. Çünki onu sevirəm, istəyirəm və onunla xoşbəxtəm. Mən Ayanam – öz çəkimi, dəyərimi və statusumu çox gözəl bilirəm”.
Qeyd edək ki, A.Babakişiyevanın Selena adlı bir qızı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:03 / 12.11.2022
Ayan Babakişiyeva ƏRƏ GEDİR? - AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Ayan Babakişiyeva ƏRƏ GEDİR? - AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Ayan Babakişiyeva ƏRƏ GEDİR? - AÇIQLAMA - VİDEO
103932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.