Xalq artisti Emin: “Alyonaya 2-ci dəfə evlilik təklif etməmişəm” - FOTO

Xalq artisti Emin: “Alyonaya 2-ci dəfə evlilik təklif etməmişəm” - FOTO

Hazırda oxunan: Xalq artisti Emin: “Alyonaya 2-ci dəfə evlilik təklif etməmişəm” - FOTO

103548

Xalq artisti Emin Ağalarov “Hello” dərgisinə müsahibə verib.

Bizim.Media xəbər verir ki, sənətçi biznesindən tutmuş şəxsi həyatına kimi bir sıra suallara verdiyi səmimi cavabları ilə diqqət çəkib.

13 yaşlı övladları Əli ilə Mikayıldan söz açan Emin onların da biznesə maraq göstərdiyini vurğulayıb.

“Sea Breeze” ərazisində kiçik bir konfet mağazası var, Mika orada şirniyyat satır və məndən hər zaman hesabat verməyi tələb edir: “Ata, bir ayda nə qədər qazandım? Maaş nə qədərdir?” Maraqlıdır: bina tikmək neçəyə başa gəlir? Və necə satmaq olar? Və nə qədər qazana bilərsiniz? Biznes proseslərini anlamağa çalışır.
Əli isə mahnı yazdırır, bəlkə tezliklə albom buraxdıq. O, bu yaxınlarda gitara çalmağa başlayıb. Bu fəaliyyətlə çox maraqlanır. Uşaqlarımın hamısı idmanla məşğul olur: oğlanlar futbol oynayır, cüdoya gedir. Əminə karate, Afina balet oynayır. Ümumiyyətlə, məktəb, idman, təhsil. Uşaqların gündəlik rejimi belədir”.

Xalq artisti keçmiş həyat yoldaşı Alyona Qavrilova ilə münasibətlərindən də danışıb. Ağalarov “Alyonanın ad günündə onunla birgə çəkilmiş fotonuzu sosial şəbəkə hesabınızda “Sevgim” şərhini yazaraq, paylaşdınız. Ondan əvvəl belə açıq etiraflar etməmişdiniz. Sizi belə bir addım atmağa nə vadar etdi?” sualına bu cür münasibət bildirib:

“Düzünü desəm, bu barədə heç düşünməmişdim. Son vaxtlar mətbuatda çox sayda spekulyasiv xəbərlər dərc olundu, güya biz birlikdə deyilik. Sadəcə, mənə elə gəldi ki, mən də onu bu şəkildə təbrik etsəm, məmnun olar. Bunda heç bir gizli motivlər yoxdur.
“Bundan dərhal sonra Alyona 10 karatlıq üzük ilə fotosunu paylaşdı. Mətbuatda yenidən ona evlilik təklif etdiyiniz barədə məlumatlar dərc olundu” sözlərinə isə sənətçi belə şərh edib.

“Evlilik təklifi etməmişəm və bu üzüklə heç bir əlaqəm yoxdur. Deyəsən, bu məsələdə zərgərlik brendi ilə əməkdaşlıq olub. Ad günündə isə ona boyunbağı hədiyyə etdim. Hədiyyələrlə hər şey qaydasındadır, onun üçün narahat olmayın (gülür)”.

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO