"Axşam-axşam həmin müğənninin adını çəkmə (qalmaqal yaşadığı Rəqsanə İsmayılova - red.) ziyan çəkərik. Biz həmkarlarımıza dəstək olmuruq. Ona görə ki, hamı özünü birinci görür. Lakin biz anlamırıq ki, hərə öz çəkisində birincidir. Bu birinciliyi bölə bilmədiyimiz üçün qısqanclıqla, paxıllıq qarışıb bir-birinə".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və aktyor Sərxan Kərəmoğlu qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.
Bir müddət əvvəl qalmaqal yaşadığı müğənni Rəqsanə İsmayılovadan söz açan Sərxan aralarında yaranan mübahisəni bu cür şərh edib:
"Əgər sənə sual verib, nəsə soruşurlarsa, səmimi cavab verməlisən. O müğənni deyir ki, mən kiminsə ailəsinə qarışmışam. Nə ailə? Kimin ailəsinə qarışmışam? Haqqında danışdığım insan (Aysun İsmayılovanı nəzərdə tutur - red.) artıq müğənnidir. Demişəm ki, şou-biznesin 95 faizinə inanmıram.
Qiyaslayanda buna da inanmıram. Amma Aysuna inanıram. Onun nə anasını nə də ki, atasını söymüşəm. Burada məsələ qarşı tərəfin "Niyə inanmırsan?" məsələsidir. Mən özümə inanmıram, qalsın ki, ona inanım", - deyə Sərxan bildirib.
Qeyd edək ki, bu qalmaqala səbəb Sərxan Kərəmoğlunun "MTV maqazin" verilişində Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırması və Rəqsanə İsmayılovanın yalançı olduğunu deməsi olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:34 / 07.11.2022
Sərxan Rəqsanə ilə qalmaqalından DANIŞDI: "Özümə inanmıram, qalsın ki, ona inanım" - VİDEO
Hazırda oxunan: Sərxan Rəqsanə ilə qalmaqalından DANIŞDI: "Özümə inanmıram, qalsın ki, ona inanım" - VİDEO
Hazırda oxunan: Sərxan Rəqsanə ilə qalmaqalından DANIŞDI: "Özümə inanmıram, qalsın ki, ona inanım" - VİDEO
103240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.