"Toppuş bacı"nın beynində ŞİŞ AŞKARLANDI - VİDEO  

Hazırda oxunan: "Toppuş bacı"nın beynində ŞİŞ AŞKARLANDI - VİDEO  

102903

Əməkdar artist Tünzalə Əliyevanın beynində bəd xasisəli şiş aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Əməkdar artist Ülviyyə Əliyeva sosial şəbəkə hesabında yayımladığı video açıqlamada bildirib.

Aktrisa həmkarının vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb:

“İki-üç gün əvvəl analizlərinin cavabı çıxdı. Artıq beynində xərçəng aşkarlanıb. Hamınızdan Tünzalə üçün dua istəyirəm. İnşallah Allah onu övladına bağışlayar. Bu gün ondan yenidən qan nümunəsi götürülüb. Təkrar şüa qəbul etməyə başlayacaq”.
Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək aktrisanın daxili orqanlarına yayıldığını bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO