Nadir Qafarzadə: “Ələyim ələnib, xəlbirim də göydə fırlanır”

Nadir Qafarzadə: “Ələyim ələnib, xəlbirim də göydə fırlanır”

Hazırda oxunan: Nadir Qafarzadə: “Ələyim ələnib, xəlbirim də göydə fırlanır”

102853

“Özümə qulluq edirəm. Üzümdə botoks yoxdur. Amma qulluq var. Qanımın plazmasını götürərək üzümə vurdururam. Bununla müəyyən qüsurları aradan qaldırmaq olur. Biz sənət adamlayırıq. Bizə hər şey olar. Amma çərçivədə”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Maqazin Plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, artıq başqa sahənin insanları incəsənət nümayəndələrindən qat-qat artıq xarici görkəmlərinə diqqət yetirirlər. 
 
“Səhnə adamı cilddən-cildə girməli, imicini dəyişdirməlidir. Türkiyədə tək sənətçilər yox, elə sadə həyat yaşayan kişilər də qulağının birinə yox, artıq ikisinə də sırğa taxır. İndi o sırğanı bizdə taxsalar, nələr danışacaqlar. 

Mənim artıq ələyim ələnib, xəlbirim də göydə fırlanır. Tamaşaçılar məni artıq olduğu kimi qəbul edib. Mən sənət adamıyam, “slesar”, “montajnik” deyiləm. Artıq başqa sahənin adamları biz müğənniləri keçiblər. Adi insanlar müğənnilərdən artıq estetik əməliyyatlar etdirir, daha yaxşı geyinirlər”, - deyə Nadir bildirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO