Roza Zərgərli: “Sonda qoca qarı kimi sınmış faytonda qaldım” – VİDEO

Roza Zərgərli: “Sonda qoca qarı kimi sınmış faytonda qaldım” – VİDEO

Hazırda oxunan: Roza Zərgərli: “Sonda qoca qarı kimi sınmış faytonda qaldım” – VİDEO

102785

“10 il bundan əvvəl deyirdim ki, klassik üslubda, böyük bir evim olsun. Ağ royalım olsun. Filan markadan mebel, çılçıraq olsun. Evimin hər yeri mərmərdən olsun. Hamısı da oldu. İndi isə həmin evdə təkəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Sənətçi bildirib ki, arzuladığı evə qovuşsa da, amma orada tək qalır. 

“Arzuladığım evə qovuşsam da, uşaqlarım yanımda deyil. Qızım Bənövşə Türkiyədə, digər övladlarım çəkilişlərdə (Övladlığa götürdüyü Corc və Jerar Qafarov qardaşları – red.). Axşam su gətirənim belə yoxdur. Ona görə çox böyük ev, villa arzu etməyin. 
Ən çox arzu etdiyiniz iki amil olsun, canınız sağlam və ətrafınızda sizi həqiqətən sevən insanlar bol olsun. Evin kvadrat metri önəmli deyil. Mən də təkliyi sevən idim. Amma sonda qoca qarı kimi sınmış faytonda qaldım (gülür)”, – deyə R.Zərgəli bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO