Şəbnəm Tovuzlu: “Hacı dedi ki, Əli ilə şəklimi özüm paylaşacam” - VİDEO 

Şəbnəm Tovuzlu: “Hacı dedi ki, Əli ilə şəklimi özüm paylaşacam” - VİDEO 

Hazırda oxunan: Şəbnəm Tovuzlu: “Hacı dedi ki, Əli ilə şəklimi özüm paylaşacam” - VİDEO 

102776

“Həyat yoldaşım, sevmir ki reklam etsin, özünü göstərsin. Bu normaldır. İllərdir ki, onun bu fikrinə hörmət etmişəm".   

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.  

Sənətçi uzun illərdən sonra ilk dəfə həyat yoldaşı Hacı Ramilin üzünü göstərməsindən söz açıb.  

“Həyat yoldaşımı siz tanıyırsınız, yaxud da İslam (Aparıcı İslam Mehrəliyev – red.) tanıyır. Amma məsəl üçün filankəs tanımır. Sosial şəbəkələrə baxırıq, elə şərhlər yazırlar ki... Körpəyə o qədər xoşagəlməz sözlər yazırlar ki,  Azərbaycan xalqına yaraşmır. Hər kəsə şamil etmirəm 20 faiz insan bambaşqa sözlər deyir. O da insandır, düşündü ki, arıtq 9 ildir. Dedi, Əli ilə şəklimi özüm paylaşacam, kim nə deyirsə, elə özümə desin. Maşallah, körpənin atası, ad, soyadı varsa, ona heç kim nəsə deyə bilməz”, - deyə, Şəbnəm bildirib.  

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qız övladı var. Onun tezliklə toyu olacaq.    

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO