Brilliant Dadaşovadan

Brilliant Dadaşovadan "Qarabağ"a DƏSTƏK - VİDEO 

Hazırda oxunan: Brilliant Dadaşovadan "Qarabağ"a DƏSTƏK - VİDEO 

102728

Xəbər verdiyimiz kimi hazırda Tofiq Bəhrəmov adına stadionda "Qarabağ" futbol klubu Almaniyanın "Frayburq" klubuna qarşı oyun sərgiləyir.  

Bizim.Media xəbər verir ki, azərkeşlər arasında qızğın oyunu izləmək üçün Xalq artisti Brilliant Dadaşova da yer alıb.  

"Vip loja"dan matçı izləyən sənətçi oyun zamanı sosial şəbəkə hesabında canlı yayım açaraq "Qarabağ" komandasına uğurlar arzu edib, dəstəyini nümayiş etdirib. 

Dadaşova "Gəl gedək futbola, "Qarabağ" vursun qola" mahnısını ifa edərək, "Qarabağ" qalib olacaq”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndirib. 

İzləyicilər isə Xalq artistinin canfəşanlığını rəğbətlə qarşılayaraq, matçda futbol komandamıza müvəffəqiyyətlər arzu ediblər.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO