“Mənim üçün sosial şəbəkələr maraqlı deyil. Sosial şəbəkələr insanları həm bədbəxt, həm də xoşbəxt edir. Hər kəs birinci növbədə baxır ki, sənin nə qədər izləyicin, “qaloçkan” var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Münəvvər Əliyeva “MTV xəbər” verilişinə müsahibəsində deyib.
Sosial şəbəkələrdən uzaq gəzən sənətçi, orada populyar olan bloger və influenserləri tənqid edib.
“Bəs insanlığımız, keçmişdəki dəyərlərimiz, mənliyimiz harada qaldı? Budurmu? Onda uşağımı oxutmayım, sosial şəbəkə ilə məşğul olsun, paylaşsın, populyar olsun, pul qazansın. Bəs universitetlər niyə yaranıb? Oxumaq niyə var? Universitetləri ləğv etsinlər də. Sosial şəbəkə ilə özlərini reklam etsinlər”, - deyə M.Əliyeva fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:29 / 03.11.2022
Əməkdar artist blogerləri “asıb-kəsdi”: “Mənliyimiz harada qaldı?” - VİDEO
Hazırda oxunan: Əməkdar artist blogerləri “asıb-kəsdi”: “Mənliyimiz harada qaldı?” - VİDEO
Hazırda oxunan: Əməkdar artist blogerləri “asıb-kəsdi”: “Mənliyimiz harada qaldı?” - VİDEO
102628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.