Günel efirdə dava etdi: “Hansı valideyn istəyər ki, oğlu boşanmış xanımla evlənsin?

Günel efirdə dava etdi: “Hansı valideyn istəyər ki, oğlu boşanmış xanımla evlənsin?" - VİDEO

Hazırda oxunan: Günel efirdə dava etdi: “Hansı valideyn istəyər ki, oğlu boşanmış xanımla evlənsin?" - VİDEO

102607

“Pişik” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərovanın canlı efirdə səsləndirdiyi fikirlər qalmaqala səbəb olub.

Bizim.Media xəbər verir ki, “Elgizlə izlə” ictimai-sosial verilişə evlənmək üçün pənah gətirən Samir adlı 25 yaşlı gəncə boşanmış xanım talib çıxıb.

Lakin Samir bildirib ki, onun anası boşanmış xanımla oğlunun evlənməsinə qarşıdır.

Günel isə Samirin anasının bu fikrini müsbət qarşılayaraq bu sözləri dilə gətirib. 

“Hansı valideyn istəyər ki, boşanmış bir xanımla oğlunu evləndirsin. Təbii ki, bunlar qismət məsələsidir. Yenə də yaxşı olar ki, subay bir xanımla evlənsin. Çünki Samirin 25 yaşı var və gəncdir”.
Sözügedən verilişdə ekspert gismində iştirak edən həkim ginekoloq isə Ələkbərovanın bu çıxışına etirazını bildirib.

“Bəzən bir ay evli olub, hər hansı bir səbəbdən  ayrılan qızlarımız olur. Qızlarımız Günel xanımın bu sözlərindən inciyə bilərlər. Bu sadəcə Samir bəyin seçimidir”, -deyə həkim bildirib. Ginekoloqun bu fikirlərinə isə müğənni “Siz razı olarsınız, sizin övladlarınız boşanmış xanım və ya bəylə evlənsin?” sualını ünvanlayıb.

Həkim isə “Əgər yaxşı insandırsa, istəyərəm. Mən insanlığa qiymət, dəyər verirəm” deyə cavab verib.

Günelin bu fikirlərindən sonra aparıcılar Elgiz ilə Pərvanə etiraz ediblər.

Ələkbərova isə öz növbəsində “Mən üç dəfə ərdə olub, daha sonra dördüncü dəfə ailə qurmuşam. Siz niyə görə bu mövzunu fırladıb insanları mənə qarşı yönəldirsiniz. Bayaqdan mentalitetdən danışırsız. Heç bir valideyn istəməz ki, onun övladı boşanmış insanla ailə qursun” sözlərini dilə gətirib.
Pərvanə isə “Siz bu qədər geri düşüncəli oldunuz?” sualı isə Güneli özündən çıxarıb.

Müğənni “Durub, efirdən çıxıb gedəcəyəm” söyləyib. Elgiz isə qalmaqalın alovlanmaması üçün “Günel bu, sənin şəxsi fikrindir. Söhbət mövzudan gedir. Sən niyə öz üzərinə götürürsən? Biz müzakirə edirik. Sən niyə əsəbləşirsən? Sənə qarşı heç kimi yönəldirmirik” deyərək ortamı sakitləşdirməyə çalışıb.

Rəşad Əliyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO