Cennifer Lopez və Ben Afflek Brentvudda (Los Anceles) gəzərkən fotoqrafların obyektivlərinə tuş gəliblər.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, cütlük alış-verişə gediblər, həmçinin “ponçik”lər üçün “Dunkin Donuts” qəhvəxanasına baş çəkiblər.
Gəzintidə onlara Cenniferin oğlu Maks və Benin oğlu Samuel də qoşulub. Gəzinti üçün Cennifer ağ idman şalvar, ağ qısaldılmış köynək və trikotaj sviter seçib.
Ertəsi gün fotoqraflar yenidən cütlüyü alış-veriş zamanı yenidən görüntüləyiblər.
Bu dəfə isə müğənni şalvarda və şərab rəngli sviterdə peyda olub. Pop ulduz görünüşünü çəkmələr, gün eynəyi və çanta ilə tamamlayıb. Ben Afflek şalvar, cins köynək və paltoda görünüb.
Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek avqustun sonunda aktyorun Kaliforniyadakı malikanəsində baş tutan toylarından sonra tez-tez paparassilərin diqqət mərkəzində olurlar.
Jurnalistlərin diqqəti Lopezi narahat etmirsə, Afflek onun şəxsiyyətinə artan diqqətdən son dərəcə narazı qalır. Daha əvvəl insayderlər aktyorun Cennifer Lopezlə Fransada keçirdiyi bal ayı zamanı paparassilərin həddindən artıq diqqətinə görə çox qəzəbləndiyini bildiriblər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:02 / 03.11.2022
Cey Lo əri Ben Afflek və uşaqları ilə ALIŞ-VERİŞDƏ - FOTO
Hazırda oxunan: Cey Lo əri Ben Afflek və uşaqları ilə ALIŞ-VERİŞDƏ - FOTO
Hazırda oxunan: Cey Lo əri Ben Afflek və uşaqları ilə ALIŞ-VERİŞDƏ - FOTO
102564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.