"Heç zaman payız fəslini sevməmişəm. Payız gələndə çox həssas, kövrək oluram. Atamın nazik üst geyimi vardı. Ağlım kəsəndən bəri onu qalın geyimdə heç görmədim. Atam işə gedəndə onun arxasıyca baxırdım, soyuqdan üşüdüyünü hiss edirdim. Ən əsası da küləyi sevmirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "7 canlı" axşam şousunda deyib.
Atası ilə bağlı xatirələrini dilə gətirən sənətçi verilişdə kövrəlib. Könül kasıb ailədə böyüdüyünü bildirib:
"Atam hər zaman deyirdi ki, Könül mənim qızım yox, oğlumdur. Gələndə, gülə-gülə deyirdi ki, oğlum gəldi. Atam bizi nədənsə, korluq çəkməyə qoymayıb. Biz varlı yox, kasıb ailə olmuşuq.
Nə olmağından aslı olmayaraq, atam çalışıb ki, qarnımız tox olsun. Şair Nüsrət Kəsəmənlinin şeiri yadıma düşür, "Biri vardı, biri yox". Bizim də evdə "Biri vardı, biri yox". Atam yaşlananda artıq qazanc arxasıyca gedə bilmirdi. Hələ orta məktəbi bitiməmişdim. Gizli şəkildə toylara gedirdim. O zamanlar isə bu heç də yaxşı qarşılanmırdı.
Çalışırdım ki, toya getməyimdən müəllimlər xəbər tutmasınlar. Deyirdilər ki, səsə, tellərə çox ziyan olar və zədələnə bilər. Lakin çalışdım ailəmizə xüsusi ilə atama dəstək olum. Buna görə də, mənə deyirdi ki, qızım yox, oğlum var. Atam dünyasını dəyişdi. Amma şükürlər olsun ki, anam yaşayır. Arzu edirəm ki, anamın ömrü uzun olsun. O, mənə təsəllidir".
Qeyd edək ki, K.Kərimova Rəhim adlı bəylə evlidir. Cütlüyün Ləman və Rəşad adında övladları var. Ləman 5 il əvvəl Orxan adlı bəylə ailə həyatı qurub. Cütlüyün Dəniz adlı qız övladları var. Rəşad isə subaydır. O, müğənni kimi fəaliyyət göstərir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:38 / 02.11.2022
Könül Kərimova KÖVRƏLDİ: \"Məktəbdə oxuyanda, gizli toylara gedirdim\" - VİDEO
Hazırda oxunan: Könül Kərimova KÖVRƏLDİ: \"Məktəbdə oxuyanda, gizli toylara gedirdim\" - VİDEO
Hazırda oxunan: Könül Kərimova KÖVRƏLDİ: \"Məktəbdə oxuyanda, gizli toylara gedirdim\" - VİDEO
102518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.