Hüseyn Həsənov Dubayda qəzaya düşdü - Ayağı sındı - FOTO/VİDEO

Hüseyn Həsənov Dubayda qəzaya düşdü - Ayağı sındı - FOTO/VİDEO

Hazırda oxunan: Hüseyn Həsənov Dubayda qəzaya düşdü - Ayağı sındı - FOTO/VİDEO

102364

Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənovun Dubayda başına xoşaqəlməz iş gəlib.

Bizim.Media xəbər verir ki, adrenalin yaşamaq üçün yüksək sürətdə "kvadrasikl" idarə edən bloger qəza keçirib.

Bu haqda Hüseyn sosial şəbəkə hedabında məlumat verib.

Qəza nəticəsində Hüseyn sol ayağından ciddi xəsarət aldığını bildirib. Yerli klinikaların birinə çatdırılan bloger əlil arabasında "MRT" müainəsinə aparılıb. Orada onun ayağının sındığı aşkar olunub. Travmatoloq tərəfindən Hüseynə ilkin tibbi yardım göstərilib və ayağına gips qoyulub. 
Xəstəxananı əlil arabasında tərk edən Həsənov klinikada göstərilən tibbi yardımın həddindən baha olduğundan şikayətlənib. O, sosial şəbəkə hesabında sonda klinikaya ödəməli olduğu çekin fotosunu yayımlayıb. Məbləğ isə 4,741 dollar (təxminən 8059 manat) olub.
 







Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO