Bəsti ilə Zaur arasında efirdə GƏRGİNLİK: “İmkan vermirsən danışaq” – VİDEO

Bəsti ilə Zaur arasında efirdə GƏRGİNLİK: “İmkan vermirsən danışaq” – VİDEO

Hazırda oxunan: Bəsti ilə Zaur arasında efirdə GƏRGİNLİK: “İmkan vermirsən danışaq” – VİDEO

101806

Əməkdar artist Bəsti Bəkirova canlı efirdə əsəbiləşib. 

Bizim.Media xəbər verir ki, qonaq olduğu “Həmin Zaur” axşam şousunda sənətçi ilə verilişin aparıcısı Zaur Kamal arasında gərginlik yaşanıb. 

Zaur Bəstini studiyaya dəvət edib, xoş-beş etdikdən sonra müğənni onun sözünü kəsərək qarşı tərəfi və onun həmkarlarını ittiham edib. 

Bəkirova “İldə iki dəfə verilişlərə çıxıram. Dəfələrlə aparıcılar məni öz verilişlərinə dəvət etsələr də, hər efirə getmirəm” söyləyib. 

Sonra Zaur “Aparıcılar sizin əlinizdən boğaza yığılıb. Onlar deyirlər ki, siz imkan vermirsiniz danışmağa” sözlərini dilə gətirib. 

B.Bəkirova “Nə qədər olar? Elə siz danışacaqsız? İmkan vermirsən ağzımızı açıb, danışaq. Sən verilişinə məşhurları dəvət edirsən, sual verirsən, amma cavabı gözləmirsən” cavabını verib. 
Aparıcı isə qarşı tərəfi “Çünki mənasız danışır. Sevirəm ki, sual verdinsə, ona konkret cavab versinlər” cavabı ilə susdurmağa çalışıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO