Rusiyada məşhurlaşan azərbaycanlı videobloqer Hüseyn Həsənov tətil üçün növbəti dəfə Dubaya yollanıb.
Bizim.Media xəbər verir ki, bahalı həyatını gözlər önündə sərgiləyən bloqer dəyəri 1 milyon dollarlıq lüks “Mclaren” idman avtomobilində Dubay küçələrində şütüyüb.
Həsənov şəhərin ən bahalı və dəbdəbəli oteli sayılan “Burj Al Arab”a gəlib. Yeddi ulduzlu otelin ən bahalı nömrəsində qaldığını söyləyən bloqer orada “room tour”edib.
Həsənov əşyaların çox hissəsinin qızıl suyuna salındığını və bu nömrənin bir günlük kirayəsinin 10880 manat təşkil etdiyini deyib. Qeyd edək ki, azərbaycanlı H.Həsənov Rusiyada anadan olub. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə özünə borcludur.
Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir. Onun 23,1 milyondan çox izləyicisi olan “Instagram” izləyicisi var.
Sosial şəbəkədə böyük auditoriyaya sahib olan H.Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran biznesi ilə məşğul olur və şəxsi geyim markası var.
Rəşad Əliyev, Bizim.Media