Ağır əməliyyat keçirən aktyor: “Ən ucuz dərmanım 500 manatdır” - ÖZƏL

Ağır əməliyyat keçirən aktyor: “Ən ucuz dərmanım 500 manatdır” - ÖZƏL

Hazırda oxunan: Ağır əməliyyat keçirən aktyor: “Ən ucuz dərmanım 500 manatdır” - ÖZƏL

101644

“Əməliyyatım “Mərkəzi Gömrük Hospitalı”nda baş tutdu. Əvvəlki aylardan fərqli olaraq, şükürlər olsun ki, özümü daha yaxşı hiss edirəm. Həkim açıq havaya çıxmağa icazə verib. Lakin insanların çox olduğu yerlər üçün bu, keçərli deyil. Bu da immunitetimin aşağı olması ilə əlaqədardır. Mikrob və virus keçsə, səhhətim daha da ağırlaşa bilər”. 

Bu sözləri avqust ayında qaraciyərindən əməliyyat olunan “Ata ocağı” serialının məşhur aktyoru Elvin Ağayev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Hazırda səhhətinin qənaətbəxş olduğunu deyən sənətçi əməliyyat olunsa da, hələ də təhlükəli mərhələni keçmədiyini bildirib. 

“İndi də öd kisəmdə “şlanq” var. Onunla gəzirəm. Üç ay əvvəl əməliyyat olundum. Daha üç ay müalicə olmalıyam. Amma ümümi olaraq altı ay mənim üçün təhlükəli mərhələ sayılır. Altı aydan sonra yenə də həkim nəzarətində olmalıyam. Müalicələrimi davam etdirməliyəm ki, səhhətimdə ağırlaşmalarım olmasın”. 

E.Ağayev müsahibəsində qəbul etdiyi dərmanlarının həddindən artıq baha olmasından gileylənib. 

“Pul yığılsa da, amma təəssüflər olsun ki, məbləğ çatmadı. Bütün dünyada qaraciyər əməliyyatı ən təhlükəli əməliyyat sayılır, dərmanları ölkədə tapılmır. Müəyyən preparatlar var ki, o hər insanın büdcəsinə uyğun deyil. Həddən artıq bahadır. Dövlətdən bəzi dərmanları pulsuz alıram. Ən ucuz dərmanımın bir “konteyner”i 500 manatdır.

O dərmanları da özüm almaq məcburiyyətindəyəm. Qara ciyərindən əziyyət çəkən və əməliyyat olunan insanlar məni daha yaxşı anlayarlar. Əməliyyatdan sonrakı proses qat-qat daha çətin və ağırdır. Çünki ölüm qaş-göz arasındadır”. 
Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayev aylar əvvəl “Səni axtarıram” ictimai-sosial verilişə yardım üçün müracət edib. Sözügedən proqramda sənətçinin təcili əməliyyatı üçün 50 min manatdan artıq vəsait toplanıb. Bə vəsaitlə o, avqustda əməliyyat olunub. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO