Aktrisa Ülviyyə: “Xəyal etmişdim ki, qaynanamla rəfiqə olacağam” - VİDEO 

Aktrisa Ülviyyə: “Xəyal etmişdim ki, qaynanamla rəfiqə olacağam” - VİDEO 

Hazırda oxunan: Aktrisa Ülviyyə: “Xəyal etmişdim ki, qaynanamla rəfiqə olacağam” - VİDEO 

101607

“Ailədə dava hər zaman olur. Düşünürəm ki, dava olmasa, darıxdırıcı ola bilər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Aktrisa aylar əvvəl həyat yoldaşı Murad İsmayıldan boşanması ilə bağlı sosial şəbəkə hesabında yazdığı postlardan söz açıb. 

“Çox emosionalam, anında nəsə etməsəm, ürəyim partlayar. Həmin ərəfədə məndə elə bir vəziyyət yarandı ki, o sözləri sosial şəbəkə hesabımda yazmasaydım, bu qədər sakit ola bilməzdim. Partladım! Əgər baş verənlərdən kütlənin xəbəri olmasaydı, indi bu qədər sakit olmazdım. Bəzi insanlar addımımı bəlkə də sərt qarşıladı, amma nəticəsi yaxşı oldu”

Aparıcı Afaq Gəncəlinin “Qaynananla rəfiqəsiniz?” sualına Ü.Xəlilbəyli bu cür reaksiya verib: 

“Əslində xəyal etmişdim ki, qaynanamla rəfiqə olacağam. Amma “qaynana-gəlin” münasibəti necədirsə, elə də oldu. Nə qədər desələr ki, gəlin qaynana üçün qız olacaq, bu mümkün deyil. Bəlkə də ola bilər. Amma bunu qarşı tərəfdən də hiss etməlisən. Məndə biclik yoxdur. Aktrisalıq edə bilmirəm. Nəsə xoşuma gəlməyəndə, üz ifadəm dəyişir. O saat da bəlli olur. Bir az kinliyəm.

O məndə problem yaradır, yaradıb da. Bağışlamağı bacarmıram. Kimisə bağışlamaq mənim üçün çox çətindir”. 

Qeyd edək ki, Ülviyyə-Murad cütlüyünün Fuad və Rəsul adlı iki oğlu var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO