Axtarışa verilən Afət Fərmanqızı: “ İynə olub yoxa çıxmamışam ki...” – ÖZƏL

Axtarışa verilən Afət Fərmanqızı: “ İynə olub yoxa çıxmamışam ki...” – ÖZƏL

Hazırda oxunan: Axtarışa verilən Afət Fərmanqızı: “ İynə olub yoxa çıxmamışam ki...” – ÖZƏL

101409

“Məsələdən xəbərim var. Yerim yurdum da bəllidir. Axtarış edən orqan mənə zəng edib. Harada yaşadığımı, qeydiyyatdan olduğum ünvanı polisin nəzərinə çatdırmışam. Heç kimdən qaçmıram. Hər gün də çıxış etdiyim toylardan canlı videolar paylaşıram”.

Bu sözləri müğənni Afət Fərmanqızı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi Ali Məhkəmənin onun barəsində axtarış elan edilməsi ilə bağlı qərara bu cür münasibət bildirib.

“İşin mənsiz baxılması ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişəm. Amma vəkilim orada axtarışımı da yazıb. Çünki Ali Məhkəmə axtarışı ləvğ edə bilməz. Nə Ali Məhkəmənin, nə də ki apelyasiyanın bunu ləvğ eləməyə ixtiyarı çatmır.
Bilirdim ki, axtarış yerində də qalacaq. Bu məsələ mənsiz baxılmalı idi. Cinayət prosesual məcəlləsinin 311-ci maddəsində deyilir ki, təqsinləndirilən şəxs əgər Azərbaycanda yoxdursa, ölkə hüdudlarından kənardadırsa, proses mənsiz baxıla bilər, vəkilimin iştirakı ilə. Biz ondan şikayət vermişik. Amma hələ onun cavabını bilmirəm.

Düşünürəm ki, məhkəmə mənə qarşı qərəzlidir. İştirakım olmadan işimə baxmır. Ali Məhkəmə məni həbsiz axtarışa verib. İynə olub yoxa çıxmamışam ki.. Müğənni adamam, hamı bilir, mən haradayam. Məni tapmaq iki vur, ikidir”.

Xatırladaq ki, Apa-nın yaydığı məlumata görə, bu gün Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib. Qərara əsasən, şikayət əsassız hesab olunaraq rədd edilib. Afət Fərmanqızı barəsində axtarış qərarı qüvvədə qalıb.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. İş Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın icraatına verilib.
Müğənni Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Xüsusi ittihamçısı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO