Meyxanaçı Namiq Qaraçuxurlu ürəyində qalan arzusundan danışıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "7 canlı" axşam şousunda bildirib ki, onun gerçəkləşməyəcək arzularından biri həyat yoldaşı ilə ürəyi istəyən böyük toy məclisi etməsi olub.
"Ürəyimdə qalan arzular var. Bilirəm ki, elə arzularım da var ki, onlar arzu olaraq qalacaq.
Elələri də var ki, inanıram nə zamansa, həyata keçəcək. Ürəyimdə qalan arzular sənətimə görə gerçəkləşməyib. Məsələn, populyarlığım, sənətə olan sevgim o arzularımın üstünü örtüb.
Çox istərdim ki, toyum "kompaniya" şəklində keçsin. Bəyin yanında gəlin də olsun. Toyumda xanımımla rəqs edim. Həmin anlar da yaddaşlarda qalması üçün lentə alınsın. Lakin tanınmış insan olduğuma görə, məcburən kişi toyu elədim ki, görüntülər çox yayılmasın.
Çünki ailə məsələləri var. Qapalı insanam. Qohumlarımın iştirakı ilə bir toy məclisi elədim.
Amma çox istərdim ki, bu yığıncaq kimi kiçik yox daha geniş bir məclis olsun",- deyə Qaraçuxurlu bildirib.
Qeyd edək ki, N.Qaraçuxurlu 16 il əvvəl ailə həyatı qurub. Sənətçi evləndiyi gündən bu günə kimi həyat yoldaşının kimliyini üzə çıxarmayıb.
Söz xiridarının bu nikahdan bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:08 / 26.10.2022
Namiqin ürəyində qalan arzusu: "Xanımımla toyumda rəqs edim" - VİDEO
Hazırda oxunan: Namiqin ürəyində qalan arzusu: "Xanımımla toyumda rəqs edim" - VİDEO
Hazırda oxunan: Namiqin ürəyində qalan arzusu: "Xanımımla toyumda rəqs edim" - VİDEO
101329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.