Nazilənin atası xərçəngdən SAĞALDI - VİDEO

Nazilənin atası xərçəngdən SAĞALDI - VİDEO

Hazırda oxunan: Nazilənin atası xərçəngdən SAĞALDI - VİDEO

101299

Şair Nazilə Səfərlinin atası onkoloji xəstəlikdən müalicə alaraq, sağalıb. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında atası ilə birgə xəstəxananın palatasında çəkilən videosunu payılaşıb. 

Atasının başında şiş aşkarlandığını bildirən Nazilə onun 3 ay müalicə aldıqdan sonra sağaldığını vurğulayıb. 

“Aylardır ki, hər kəsdən sirrimi gizlədirdim. İstəmirdim ki, məni kədərli görəsiniz. Ciddi stress yaşadım. Atam bizi təəccübləndirib, xəstələndi. Məcbur olduq, onkoloji mərkəzə üz tutduq. Bizi Türkiyəyə, İsrailə, Rusiyaya getməyimizi söylədilər.
Lakin qərar verdim ki, Milli Onkoloji Mərkəzdə atamı sağlamlığına qovuşduracağam. Bunu istədim, Allah da bunu verdi. Üç ay mübarizə apardıq. Atam cəmi bir seans kimyaterapiya aldıqdan sonra həmin şişin izi-tozu belə qalmadı”, - deyə Nazilə Səfərli bildirib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO