Nazilə Səfərli: “Pulumu geyimlərə yox, evimin təmirinə xərcləyirəm” – ÖZƏL  

Nazilə Səfərli: “Pulumu geyimlərə yox, evimin təmirinə xərcləyirəm” – ÖZƏL  

Hazırda oxunan: Nazilə Səfərli: “Pulumu geyimlərə yox, evimin təmirinə xərcləyirəm” – ÖZƏL  

101211

“Yayın sonlarında İstanbula şoppingə getdim. Ev əşyalarını aldım. Bu il geyimə pul xərcləməyəcəyəm. Çünki qarderobumda həddən çox geyim var. Onların heç üzərində olan “etiket”lər belə açılmayıb”. 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində şairə Nazilə Səfərli deyib. 

Sənətçi bildirib ki, hazırda qazancını geyimlərə yox, evinin təmirinə xərcləyir.  

“Pandemiya bizi bu vəziyyətə saldı. 40 paltarım heç paketlərdən açılmayıb. Geyimlərimin qiymətinə gəldikdə isə, onu deyə bilərəm ki, qabağa düşmüşəm. Çünki pandemiyadan əvvəl geyimlərin qiyməti kifayət qədər ucuz idi. İndi isə üç qat bahadır. İndi geyim almaq sərf etmir. Əvvələr el şənliklərində az işləyib, çox qazanırdıq. Pandemiyadan sonra isə çox işləyib, az qazanırıq. İndi pulumu evimin təmirinə xərcləyirəm”. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO